2017-ci ilin fevralında Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları yanvarla müqayisədə 42,1 milyon dollar (0,97 faiz) artaraq 4 369,3 milyon dollara çatıb. Bu barədə AMB-nin saytı məlumat yayıb. 2016-cı ilin fevral ayı ilə müqayisədə isə ehtiyatlar 8,5 faiz artıb. Qeyd edək ki, ötən il ərzində AMB-nin valyuta ehtiyatları 2015-ci illə müqayisədə 1 042,3 milyon dollar və ya 20,78 faiz azalmışdı.Virtualaz.org