Yəməndə davam edən vətəndaş müharibəsində husilərin sıralarında vuruşan 1490 uşaq əsgər həlak olub. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu BMT-nin İnsan haqları üzrə ali komissarlığının sözçüsü Ravina Şamdasani deyib. Onun sözlərinə görə, Yəməndə vətəndaş müharibəsinin başladığı 2015-ci ilin martından 2017-ci il yanvarın 31-dək husilər 1476 uşaq döyüşçü kimi istifadə edilib: “Bu rəqəmin daha çox olduğunu düşünürük. Ailələr qisas qorxusu ilə danışmırlar. Uşaqlar ailələrindən xəbərsiz əsgərliyə alınırlar. 18 yaşdan kiçik uşaqlar pul və ya ictimai status vədilə aldadıldıqdan sonra döyüşlərə cəlb edilirlər. 15 yaşdan aşağı uşaqların döyüşə cəlb edilməsi hərbi cinayət sayıla bilər”. BMT-nin məlumatına görə, mart 2015-ci il tarixindən 23 feral 2017-ci il tarixinədək Yəməndə vətəndaş müharibəsində 4 667 mülki şəxs həyatını itirib, 8180 nəfər isə yaralanıb.