Gürcüstan vətəndaşları martın 28-dən Avropaya vizasız gedəcəklər

Gürcüstanla Avropa İttifaqı arasında vizasız gediş-gəlişə dair yekun imzalar atılıb. Bu barədə “Azadlıq” radiosunun Brüssel müxbiri Rikard Yozvyak öz “Twitter” səhifəsində yazıb. “Viza liberallaşması barədə saziş imzalandı. Gürcüstanı təbrik edirəm”, - deyə o, qeyd edib. Saziş martın 8-də və ya 9-da Avropa İttifaqının rəsmi jurnalında dərc olunaraq qüvvəyə minəcək. Bu tarixdən 20 gün sonra vizasız rejim tətbiq olunmağa başlayacaq. Bu isə martın 28-i tarixinə təsadüf edir. Qeyd edək ki, vizasız rejim Şengen zonasını əhatə edir.Apa

DİGƏR XƏBƏRLƏR

Top