Halı pisləşən dalğıcı bələdiyyə sədri xilas edib

Türkiyənin Kocaeli şəhərində baş verən hadisə insanların marağına səbəb olub. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dənizdə halı pisləşən dalğıcı Qaramürsəl Bələdiyyə sədri İsmayıl Yıldırım qurtarıb. Kocaeli şəhərinin Qaramürsəl mahalında “1 Mart Üsküdar Faciəsi”nin anım mərasimi təşkil edilib. Mərasimdə dənizin altına iki dalğıc əklil buraxmaq istəyib. Ancaq dənizin altında dalğıclardan birinin halı psiləşib. Qadın dalğıc Şənay Ərtorunun vəziyyətinin pisləşdiyini görən İsmayıl Yıldırım dənizə atılaraq onun həyatını xilas edib. Hadisə ətrafdakı insanları həm heyrətləndirib, həm də təqdirlə qarşılanıb.

DİGƏR XƏBƏRLƏR

Top