Pensiya yaşının artırılması ilə bağlı layihə bu tarixdə Milli Məclisdə müzakirəyə çıxarılacaq

Azərbaycanda pensiya yaşının və peşə stajına görə pensiya yaşı müddətinin artırılması ilə bağlı layihə Milli Məclisin martın 7-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

"Yeniavaz.com"un APA-ya istinadən xəbərinə görə, “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişiklik layihəsi plenar iclasın gündəliyinə salınıb.

Qeyd edək ki, martın 7-də keçiriləcək iclasın gündəliyinə ümumilikdə 13 məsələ daxildir.

DİGƏR XƏBƏRLƏR

Top