Ağrının bələdiyyə sədri vəzifəsindən azad edildi

Türkiyənin Ağrı bələdiyyəsinin həmsədri Sırrı Sakık vəzifəsindən uzaqlaşdırılıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Demokratik Bölgələr Partiyasının (DBP) üzvü olan S. Sakık Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə Ağrı valisi Musa Işın qəyyum təyin edilib. Qərardan sonra bələdiyyə binası polislər tərəfindən əhatəyə alınıb. Ağrı Bələdiyyəsi qəyyum təyin edilməmiş axırıncı DBP-li vilayət bələdiyyəsi idi. Qeyd edək ki, Ağrı bələdiyyəsinin digər həmsədri Mukaddes Kubilaydır.

DİGƏR XƏBƏRLƏR

Top