Almaniya Türkiyəyə rəqib oldu

Almaniya 2024-cü ildə futbol üzrə Avropa çempionatını keçirmək üçün rəsmi sifariş verib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Türkiyə də Avropa çempionatına ev sahiblityi etmək üçün sifariş vermək niyyətini bəyan etmişdi. Futbol üzrə Avropa çempionatı Almaniyada yalnız bir dəfə - 1988-ci ildə keçirilib. Ölkədə 1974 və 2006-cı illərdə dünya çempionatı keçirilib. 2024-Avropa çempionatının sahibi 2018-ci ilin sentyabrında müəyyən ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top