Azərbaycanda içkisiqaretə ən çox hansı ailələr pul xərcləyir? - RƏSMİ MƏLUMAT

Azərbaycanda alkoqollu içkilərə ən çox pul xərcləyənlər övladları olmayan ailələrdir. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, uşaqları olmayan ər-arvad tərəfindən hər ay alkoqollu içkilərə adambaşına 1,5 manat pul xərclənir. Qeyd edək ki, digər ailələrlə müqayisədə bu ən yüksək göstərici hesab olunur. Müqayisə üçün bildirək ki, tək yaşayan şəxslər alkoqollu içkilərə ay ərzində 1,1 manat, uşağı ilə tək yaşayan şəxslər (ata və ya ana) 0,6 manat, uşağı ilə birgə yaşayan ər və arvadlar isə 1,2 manat vəsait xərcləyirlər.

Məlumat üçün onu da bildirək ki, alkoqollu içkilərdə olduğu kimi, siqaretə də ən çox pul xərcləyənlər uşaqları olmayan ailələr hesab olunur. Bu ailələr siqaret üçün ay ərzində adambaşına 3,1 manat pul xərcləyirlər. Müqayisə üçün bildirək ki, tək yaşayan şəxslər siqaret üçün ay ərzində 1,3 manat, uşağı ilə tək yaşayan şəxslər (ata və ya ana) 0,4 manat, uşağı ilə birgə yaşayan ər və arvadlar 2,5 manat xərcləyirlər.

DİGƏR XƏBƏRLƏR

Top