Mars planetində donmuş yeraltı göl aşkarlandı

ABŞ-ın Texas Universitetinin alimləri Mars planetində donmuş yeraltı göl olduğunu aşkarlayıblar.

The International Business Times nəşrinin yazdığına görə, həmin göl astronavtlar və Qırmızı planetin gələcək kolonizatorları üçün içməli su mənbəyi ola bilər. Tədqiqatın müəllifləri Kassi Şturman və Cek Xolt bu nəticəyə Mars planetində olan kosmik peykdən alınan məlumatları öyrənərkən gəliblər. Utopiya adlanan düzənlikdən 600 dəfə keçən aparat alimlərə planetin yeraltı landşaftının öyrənilməsi üçün material verib.

Bu kəşf barədə məqalə Geophysical Research Letters jurnalında dərc edilib. Geofiziklər bildirirlər ki, Marsda tapılan göl dayaz olsa da, geniş ərazini əhatə edən buzlaqlardan ibarətdir. AZƏRTAC

DİGƏR XƏBƏRLƏR

Top