Gürcüstan NATO-ya Potidə hərbi baza təklif edir

Gürcüstan silahlı qüvvələri baş qərargahının rəisi briqada generalı Vladimir Çaçibaya NATO ilə Qara dənizdə əməkdaşlıqla bağlı aparılan danışıqların bəzi detalları barədə mətbuata açıqlama verib. "Yeniavaz.com"un apsny.ge saytına istinadən verdiyi məlumata görə, Çaçibaya ölkəsinin NATO-ya Qara dənizdə möhkəmlənməsinə imkan verəcək yardım etməyə hazır olduğunu bildirib: "Önəmli məsələlərdən biri NATO-nun Qara dənizdə təsirinin və gücünün artırılmasıdır. NATO gəmiləri Qara dənizə daxil olsalar da, onların burada uzun müddət və ya daimi qalmasına Montre konvensiyası imkan vermir. Əgər NATO Gürcüstan və Ukraynaya hərbi dəniz donanmasını gücləndirməyə yardım etsə, onda bölgədə uzunmüddətli qalma imkanı əldə edəcək. Bu məqsədlə biz Potidə NATO-ya strateji baxımdan olduqca önəmli olan sahili mühafizə bazası təklif edirik."

Xatırladaq ki, fevral ayının ortalarında Gürcüstan müdafiə naziri Levan İzoriya NATO-ya Gürcüstanın Qara dənizdə keçirdiyi tədbirlərdə mütəmadi olaraq iştirakını və adı çəkilən qurumun bölgədə möhkəmlənməsini nəzərdə tutan plan təklif edib. Amma bu planın əsas müddəaları hələlik gizli saxlanılır.

DİGƏR XƏBƏRLƏR

Top