Nazarbayev konstitusiya dəyişikliklərini xalq deyil, parlament vasitəsilə edəcək


Qazaxıstanda dövlət hakimiyyətinin qolları arasında səlahiyyətlərin bölüşdürülməsi üzrə düzəlişlər konstitusiyanın 23 maddəsinə şamil ediləcək. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib. Onun sözlərinə görə, qanunlara 35 dəyişiklik ediləcək: “Qeyd etmək istəyirəm ki, bütün bunlar prezidentin səlahiyyətlərinin biri qismini hakimiyyətin başqa qollarına vermək üçün edilir”. N. Nazarbayev vurğulayıb ki, hakimiyyətin prezident forması ölkənin müstəqil olduğu 25 il ərzində qarşıya qoyulan məqsədlərə nail olub: “Qazaxıstanın əsas siyasi modeli qorunacaq. Prezident respublikası qalacaq. İslahatların yekunu üzrə hakimiyyətin qolları öz səlahiyyətlərini alacaqlar və müstəqil işləcəyəcəklər”. O əlavə edib ki, ölkə konstitusiyasına təklif edilən düzəlişlər parlament vasitəsilə ediləcək: “Konstitusiyamızda qeyd edilir ki, konstitusiyaya düzəlişləri referendum və ya parlament vasitəsilə edə bilərik – buna prezident qərar verir. Biz hakimiyyətin siyasi sistemində böyük dəyişiklikllər etməyə hazırlaşmırıq. Ölkə, xalq üçün görülən işin zəruriliyini və vacibliyini nəzərə alaraq mən dəyişikliklərin parlament vasitəsilə edilməsini düzgün hesab etdim”.

DİGƏR XƏBƏRLƏR

Top