Ermənistanda təqaüdçü təqaüd yaşına çatmadan ölsə, övladı varisi olacaq

Ermənistan parlamentində "Pensiya yığımı haqqında" qanun ikinci oxunuşda qəbul edilib. "Yeniavaz.com"un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, qanunda pensiya fonduna vətəndaş tərəfindən köçürülən yığımla bağlı müddəa əksini tapıb. Qanunda nəzərdə tutulur ki, əgər vətəndaş pensiya yaşına çatmamış hər hansı səbəbdən vəfat edərsə, onda onun varisi pensiya fondunda yığılan vəsaitdən istifadə etmək hüququna malik olacaq. Bununla da vətəndaşın pensiya fonduna köçürdüyü vəsaitdən nəzərdə tutulan qaydada özünün və ya özü vəfat edəcəyi təqdirdə varisinin istifadə etməsinə şərait yaradılıb.

DİGƏR XƏBƏRLƏR

Top