Vergilər Nazirliyinin göndərdiyi SMS-ləri oxumayanlar cərimə ediləcək?

Son günlər mətbuatda və sosial şəbəkələrdə Vergilər Nazirliyinin vergi ödəyicilərinin onlara göndərilən SMS-ləri oxumamasına görə 100 manat məbləğində cərimə ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Bəs bu məlumatlar nə dərəcədə doğrudur?

"Yeniavaz.com" xəbər verir ki, Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şahin Məmmədov məsələyə belə aydınlıq gətirib: "Dünəndən etibarən bir sıra kütləvi informasiya vasitələrində belə bir məlumat yayılmaqdadır ki, Vergilər Nazirliyinin vergi ödəyicilərinə göndəridiyi SMS-lərin oxunmamasına və ya ona reaksiya verilməməsinə görə 100 manat məbləğində cərimə tətbiq ediləcək. Bildirmək istərdim ki, bu yanlış informasiyadır, belə bir şey yoxdur. Belə xəbərləri dərc etməzdən əvvəl dəqiqləşdirməyinizi xahiş edirik".

DİGƏR XƏBƏRLƏR

Top