Sığorta şirkəti bağlanır: Səhmdarlar toplaşır

2017-ci il aprelin 4-də “Başak-İnam Sığorta Şirkəti” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncağın gündəliyinə ASC-nin 2016-cı il üzrə fəaliyyətinin yekunu, maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasına dair təftiş komissiyasının hesabatının təsdiq edilməsi daxildir.

Bundan başqa, toplantıda müstəqil audit təşkilatının cəmiyyətin ötən il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasına dair hesabatının müzakirəsi, cəmiyyətin könüllü qaydada ləğv edilməsi kimi məsələlər müzakirə olunacaq.

Bununla yanaşı, iclasda səhmdarlar şirkətin ləğvetmə komissiyasının yaradılmasını müzakirə edəcəklər. APA

DİGƏR XƏBƏRLƏR

Top