Sarkisyan Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Moskvaya gedəcək

Ermənistan prezidenti Serj Sarkisyan martın 14-də Rusiyaya rəsmi səfər edəcək.

Bu barədə Ermənistan prezidenti administrasiyasındakı mənbə xəbər verib.

Xəbərdə bildirilir ki, S.Sarkisyan Rusiya paytaxtında iki gün qalacaq və həmkarı Vladimir Putinlə görüşəcək. Dövlət başçıları ikitərəfli əməkdaşlığa dair aktual məsələləri, həmçinin Dağlıq Qarabağda yaranmış vəziyyəti müzakirə edəcəklər.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib. Bundan əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ermənistan prezidentinin Rusiyaya səfər edəcəyini bildirib. Report

DİGƏR XƏBƏRLƏR

Top