Gürcüstan "Su-25"lərdən imtina edir

Gürcüstan Rusiya istehsalı olan "Su-25" qırıcı təyyarələrindən bundan sonra hərbi aviasiya qüvvələrində istifadə etməyəcək. "Yeniavaz.com"un apsny.ge saytına istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Gürcüstan Baş qərargahının rəisi briqada generalı Vladimir Çaçibaya deyib. O "Su-25"-dən tədricən imtina ediləcəyini və onların pliotsuz təyyarələrlə əvəzlənəcəyini vurğulayıb: "Rusiya istehsalı olan "Su-25" qırıcı təyyarələri üçün ehtiyat hissələri tapılması müşkül məsələyə çevrilib. Ehtiyat hissələrini isə Rusiyadan almaq hazırki vəziyyətdə qeyri-mümkün görünür. Bundan əlavə hazırda bu qırıcı təyyarələrdən daha effektli şəkildə istifadə etmək olmur. Rusiyanın Abxaziyada yerləşdirdiyi hava hücumundan müdafiə vasitələri ilə bizim havaya qaldırdığımız istənilən təyyarəni 10 dəqiqə ərzində vurmaq mümkündür. Belə vəziyyətdə biz pilotsuz təyyarələrdən istifadəyə üstünlük verməyi daha məqsədəuyğun hesab edirik".

DİGƏR XƏBƏRLƏR

Top