Türk futbolçu “Mançester Yunayted”ə transfer edildi

“Mançester Yunayted” klubu türk əsilli Uels futbolçusu Levent Gündoğanı transfer edib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Uelsin “Connah's Quay Nomads” klubundan transfer olunub. 14 yaşlı futbolçunun Uelsin U-16 yığma komandasında oynaması gözlənilir. L. Gündoğan “Mançester Yunayted”in aşağı yaş komandasında oynayacaq. Futbolçunun komandası transferlə bağlı verdiyi açıqlamada bəyan edib ki, L. Gündoğan həm irəlidə, həm də yarımmüdafiədə oynaya bilər: “İstedadlı futbolçuya yeni komandasında uğurlar arzulayırıq”.

DİGƏR XƏBƏRLƏR

Top