Saakaşvilinin yeni partiyası qeydiyyata alındı

Ukraynanın Ədliyyə Nazirliyi Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin “Yeni qüvvələrin hərəkatı” partiyasını rəsmi qeydiyyata alıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə M. Saakaşvili “Facebook” səhifəsində yazıb. O bildirib: “Bu cüzi görünən şey hərəkatımızı ölkənin prinsipial yeni siyasi sinfinin formalaşmasında daha bir addım yaxın edəcək. Hərəkatın bir çox şəhərdə nümayəndəlikləri var və hər ötən gün getdikcə artır”.

Xatırladaq ki, M. Saakaşvili 2016-cı ilin noyabrında Ukrayna hakimiyyətinin korrupsiya ilə mübarizə aparmamaq istəyilə əlaqədar Odessa vilayətinin qubernatoru vəzifəsindən imtina etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top