Ərdoğanın müşaviri Krıma gedir

Türkiyə biznesinin 20-dən çox nümayəndəsi və deputatları, o cümlədən prezident Rəcəb Tayyib Ərdoğanın müşaviri Mehmet Mutlu bu gün Simferopola səfər edəcəklər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu “Beynəlxalq Avrasiya Hərəkatı”nın nümayəndəsi Andrey Xarçenko deyib. Onun sözlərinə görə, Türkiyə biznesinin nümayəndə heyəti bu axşam Krıma gələcək və cümə gününədək orada qalacaq: “Nümayəndə heyətinə 27 nəfər daxildir”. Səfər tanınmış filosof Aleksandr Duqinin başçılıq etdiyi “Beynəlxalq Avrasiya Hərəkatı” tərəfindən təşkil edilib. Türkiyə nümayəndə heyəti Krımın biznes ictimaiyyəti, yarımadada yaşayan Krım tatarları və yerli hakimiyyət nümayəndələri ilə görüşmık niyyətindədir.

DİGƏR XƏBƏRLƏR

Top