Qadınların da pensiya yaşı 65-ə çatdırılacaq

Azərbaycanda qadınların və kişilərin pensiya yaşı 65-ə çatdırılacaq. Bu, "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihə 98 dəyişiklikdən ibarətdir. Layihəyə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq. Qanun layihəsi qəbul olunarsa, 2017-ci il iyulun 1-də qəbul olunacaq. Layihə Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. report

DİGƏR XƏBƏRLƏR

Top