İsrail gürcü turistlərə qaçqın statusu verməyəcək

İsrail Daxili İşlər Nazirliyi nəzdindəki əhalinin və miqrasiyanın qeydə alınması idarəsi Gürcüstandan olan turistlərə qaçqın statusunun verilməsi ilə bağlı qaydaları dəyişdirib. "Yeniavaz.com"un "Vestnik Kavkaza" saytına istinadən verdiyi məlumata görə, qaydaların dəyişdirilməsinə səbəb hər il onlarla gürcü turistin İsrailin müvafiq qurumlarına qaçqın statusu almaq barədə müraciət etməsidir. Onlar bunu ölkələrindəki ağır vəziyyətlə izah edir və bu yolla İsraildə işləməyə və yaşamağa icazə almağa cəhd edirlər. Ancaq İsrailin müvafiq qurumları tərəfindən aparılan araşdırmalardan sonra turistlərin Gürcüstanda təhlükəsiz yaşaya bildikləri müəyyən edilib. Nəticədə qaçqın statusunun alınması ilə bağlı mövcud qayadalara dəyişikliklər edilib. Bundan sonra İsrailə turist kimi gələn və dərhal da qaçqın statusu almaq üçün müraciət edən Gürcüstan vətəndaşlarına rədd cavabı veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top