Türkiyənin turizmdən gəliləri 30 faizə yaxın azalıb

2016-cı ildə Türkiyəyə səfər etmiş əcnəbi turistlərin sayı 25,35 milyon nəfər təşkil edib ki, bu da 2015-ci ilin göstəricisindən 30,1 faiz azdır. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin statistik məlumatlarında deyilir. Məlumatda qeyd edilir ki, ötən il ərzində Türkiyənin turizmdən əldə etdiyi gəlirlər 2015-ci illə müqayisədə 29,7 faiz azalaraq 22,1 milyard dollar təşkil edib. 2017-ci ilin yanvarında Türkiyəyə ümumilikdə 1,06 milyon xarici turist səfər edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,8 faiz azdır.

DİGƏR XƏBƏRLƏR

Top