“Youtube” gündə 1 milyard saatdan çox izlənir

Dünyanın ən populyar video paylaşım sistemi olan “Youtube” gündə 1 milyard saatdan çox izlənir. “Youtube”da ən çox izlənən videoları bilmək çox asandır. Bunun üçün sadəcə hər hansı bir videonun altındakı sayğaca nəzər yetirmək kifayətdir. “Youtube” rəhbərliyi açıqlayıb ki, “Youtube”un izlənmə sayı 2012-ci ildən bəri 10 qat artıb. Bu o deməkdir ki, 2012-ci ildən bəri “Youtube”a hər dəqiqədə 400 saatlıq video və ya gündə 65 video yüklənib. Şirkət bildirib ki, bir insanın “Youtube”dakı milyard saatlıq videonu izləməyi üçün 100 min il vaxt lazımdır.

DİGƏR XƏBƏRLƏR

Top