Avropa Parlamenti ən təhlükəli Rusiya KİV-lərinin adlarını çəkib

Avropa Parlamentinin deputatları Rusiya KİV-lərinə qarşı təsir göstərmə haqqında qətnamənin qəbul edilməsinin lehinə səs veriblər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qətnamədə “Sputnik” agentliyi və RT telekanalı ən təhlükəli Rusiya KİV-i kimi göstərilir. Səsvermədə iştirak edən 691 deputatdan 304-ü qətnamənin lehinə, 179-u əleyhinə səs verib, 208 deputat isə bitərəf qalıb. Qətnaməni şərh edən Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, hamı Rusiyaya demokratiya öyərtməyə çalışır, lakin qadağalar bunun üçün ən yaxşı vasitə deyil. Polşalı deputat Anna Fotıqanın təşəbbüs göstərdiyi “Üçüncü tərəflərin təbliğatına qarşı təsir göstərməsində Aİ-nin strateji kommunikasiyaları” adlı qətnamədə iddia edilir ki, Rusiya Aİ-nin üzv ölkələrindəki müxalif siyasi partiyalara maliyyə dəsətyi verir. Sənəddə bildirilir ki, Moskva Aİ-yə qarşı düşmənçilik təbliğatı aparır.

DİGƏR XƏBƏRLƏR

Top