Ermənistanla əməkdaşlıq uzun illərdir ki, inkişaf edir. "Yeniavaz.com"un Panarmenian.net-ə istinadən verdiyi məlumata görə, bu barədə NATO Baş katibi Yens Stoltenberq Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib: "Ermənistan Əfqanıstanda NATO tərəfindən həyata keçirilən missiyada iştirak edir. Əfqanıstanda terrorizmə qarşı mübarizədə iştirak etdiyinə görə biz qarşı tərəfə minnətdarlığımızı bildiririk. Ermənistan həmçinin Kosovoda sülhməramlı missiyanın iştirakçısıdır və Balkanlarda sabitliyin bərpasına yardım edir. Bizim Ermənistan və digər tərəfdaş ölkələrlə əməkdaşlığımız qarşılıqlı maraqlara xidmət edir. NATO-nun Ermənistanla əməkdaşlığı müdafiə və təhlükəsizlik sahəsində daha sıx ola bilər. Biz bu sahədə böyük təcrübəyə malikik və Ermənistan da bundan istifadə edə bilər".