Mart ayında 14 gün iş yoxdur, bəs gələn ay hava necə olacaq?

Mart ayında havanın necə olacağı yəqin ki, hər kəsə maraqlıdır. Ən azı ona görə ki, mart ayı ərzində bayram və istirahət günləri nəzərə alınmaqla, 14 günədək qeyri-iş günü olacaq. Ay ərzində 2 bayram qeyd olunacaq. Təbii ki, bu da istirahətə getmək istəyənlər, Novruz bayramında bölgələrə üz tutmaq istəyənlər üçün bir fürsətdir.

"Yeniavaz.com" saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasəniqlim normasına yaxın olacağıehtimalı var.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 6-10 dərəcə isti (gecələr 6-11 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək isti, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 20-27 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 7-11 dərəcəisti (gecələr 3-8 dərəcə şaxta, bəzi günlərdə 5 dərəcəyədək isti, gündüzlər 5-10 dərəcə isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 18-23 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 22-44mm)olacağı gözlənilir.

Yuxarı Qarabağda

Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-8 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 17-22 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 42-52 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 7-12 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-48 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ...

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 6-10 dərəcəisti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13dərəcə isti, bəzi günlərdə 19-24 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 23-90 mm) olacağı gözlənilir.

Mərkəzi-Aranda

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 9-12dərəcə isti (gecələr 6-11 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-45mm) olacağı gözlənilir.

Cənub bölgəsində

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 7-11dərəcə isti (gecələr 5-10, bəzi günlərdə 0-3, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 21-26 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 56-112 mm) olacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top