ABŞ quru qoşunlarını Mənbic ətrafına yerləşdirib

Beynəlxalq antiterror koalisiyası çərçivəsində fəaliyyət göstərən ABŞ-ın quru qoşunlarının bölmələri Suriyanın Mənbic şəhəri ətrafında yerləşdirilib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Sky News Arabia” telekanalı yerli mənbələrə istinadən xəbər verir. Onların məlumatına əsasən, amerikalı hərbçilər və zirehli maşınlar Mənbic Hərbi Şurasının nəzarətindəli rayonlarda dislokasiya edilib. ABŞ-ın kontingentinin, eləcə də texnikanın sayı barədə məlumat yoxdur. Qeyd edilir ki, ABŞ-ın quru qoşunlarının bu bölgədə yerləşdirilməsi Əl-Bab şəhəri uğrunda döyüşlərdən və ona bitişik yaşayış məntəqələrindən İŞİD terror qruplaşmasının silahlılarının kütləvi tərk etmələrindən sonra baş tutub. Xatırladaq ki, Türkiyə prezidentinin müşaviri İlnur Çevik bəyan etmişdi ki, Ankara Suriyada “Fərat qalxanı” hərbi əməliyyatını Mənbici tutduqdan sonra yekunlaşdıracaq.

DİGƏR XƏBƏRLƏR

Top