
İspaniya prokurorluğu Brazliya yığması və “Barselona”nın hücumçusu Neymar üçün iki il həbs cəzası və 10 milyon avro cərimə tələb edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, futbolçu fırıldaqçılıqda şübhəli bilinir. Prokurorluq hesab edir ki, o və atası Neymar da Silva Santos oyunçunun “Santos”dan “Barselona”ya transferi zamanı bilərəkdən DIS investisiya şirkətini aldadıblar. DIS bəyan etmişdi ki, oyunçu üzərində 40 faiz haqqa sahib olsa da transfer keçidi zaman şirkətə 40 milyon avro ödənilməyib. Şirkət iddia edir ki, “Santos”, “Barselona” və Neymar arasında gizli sövdələşmə olub.
Tətbiqimizi yükləyə bilərsiniz