Abdulatipov: Dağıstan feodalizm dövrünə qayıdıb

Dağıstan bölgəsi Orta əsrlər dövrünə qayıdıb. “Yeniavaz.com”un “Moskovskiy Komsomolets” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyasının Dağıstan respublikasının başçısı Ramazan Abdulatipov Soçidə keçirilən investisiya forumunda deyib. O bunu iqtisadi statistika ilə izah edib: “Statistikaya əsasən, XX əsrin əvvəlində bölgə əhalisinin 7 faizi sənayedə məşğul idisə, hazırda bu rəqəm 5 faiz təşkil edir”. Nəticədə, R. Abdulatipov hesab edir ki, Dağıstan göstəricilərinə görə artıq feodalizm dövrünə çatıb. O, bölgədə cahilliyin artması ilə əlaqədar “Orta əsrlərin dirçəlməsindən” də şikayətlənib.

DİGƏR XƏBƏRLƏR

Top