Trampın miqrasiya fərmanın ABŞ-a vurduğu ziyanlar hesablandı

Donald Tramp administrasiyasının bir sıra müsəlman ölkə vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyması artıq Amerika iqtisadiyyatına ən azı 185 milyon dollar ziyan vurub. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq İşgüzar Turizm Assosiasiyasının (Global Business Travel Association, GBTA) məruzəsində deyilir. Məruzədə qeyd edilir ki, araşdırmaya əsasən, D. Tramp prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra ABŞ-a işgüzar səfərlərin intensivliyi dərhal xeyli azalıb, kəskin azalma isə 27 yanvar tarixində imzalanmış miqrasiya fərmanından sonra baş verib: “İşgüzar səfərlərin bronlaşdırılmasından imtina nəticəsində ABŞ təqribən 185 milyon dollar itirib. Fərmanın imzalanmasından bir həftə sonra ABŞ və digər ölkələr arasında işgüzar səfərlərin intensivliyi 2 faiz azalıb”. GBTA-nın hesablamalarına görə, il ərzində işgüzar səfərlərin 1 faiz azalması ABŞ-ın 71 min iş yeri itirməsinə və ÜDM-in 5 milyard dollar azalmasına gətirib çıxara bilər. Ekspertlərin qiymətləndirmələrinə əsasən, 7 müsəlman ölkəsi vətəndaşlarının ABŞ-a girişinin müvəqqəti qadağan edilməsi nəticəsində təkcə Los-Anecelesin turizm sahəsi 3 il ərzundə təqribən 736 milyon dollar itirə bilər. Bundan başqa, D. Trampın vəzifəyə gəlməsindən sonra internetdə Amerikaya aviareyslərin axtarışı üzrə sorğular 17 faiz, məlum fərman imzalandıqdan sonrakı ilk 3 gündə isə 38 faiz azalıb.

Xatırladaq ki, D. Tramp yanvarın 27-də miqrasiya siyasətinin sərtləşdirilməsinə dair bir neçə sənəd imzalamışdı. Onlardan biri qaçqınların ABŞ-da yerləşdirilməsi proqramının 120 gün müddətinə dayandırılmasını nəzərdə tutur. D. Tramp, həmçinin İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkə ərazisinə buraxılmamasına dair fərman imzalayıb. Bundan sonra Sietl federal məhkəməsi ABŞ administrasiyasına D. Trampın imzaladığı miqrasiya məhduyyətləri haqqında fərmanın icrasını qismən dayandırmaq tapşırığı verib. Fevralın 5-də isə ABŞ-ın Apellyasiya məhkəməsi ölkənin Ədliyyə Nazirliyinin D.Trampın miqrasiya fərmanının dayandırılması haqqında məhkəmə qərarının ləğv edilməsi haqqında sorğusunu geri çevirib. D. Tramp ABŞ-da miqrasiya rejiminin sərtləşdirilməsinə sahəsində yeni fərman imzalayacağını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top