Usamə ben Ladenin kürəkəni Əbu əl-Hayral Masrinin içində olduğu nəqliyyat vasitəsi pilotsuz uçuş aparatı tərəfindən atılan raketlə məhv edilib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Əl Qaidə” terror qruplaşmasının üst səviyyəli rəhbərlərindən olan Masri Suriyanın İdlib şəhərində həyata keçirilən hava zərbəsi nəticəsində öldürülüb. “Əl Qaidə”nin lideri Eymən əl-Zəvahirinin köməkçisi kimi tanınan Masri qruplaşmanın keçmiş lideri Ben Ladenin kürəkənidir. ABŞ-ın Müdafiə Nazirliyi informasiyanı təsdiq edib.
Xatırladaq ki, Ben Laden 2011-ci ilin mayında ABŞ xüsusi təyinatlıları tərəfindən Pakistanda öldürülmüşdü.