"Dağlıq Qarabağ üzrə status-kvo daimi deyil"

Dağlıq Qarabağ münaqişəsi ətrafında hazırda mövcud olan status-kvo uzun müddətli deyil və problem beynəlxalq hüquq normalarına əsasən təcili şəkildə həll edilməlidir. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, bu sözləri Avropa Şurasının sədri Donald Tusk Serj Sarkisyanla görüşdən sonra Brüsseldə keçirilən mətbuat konfransında deyib. Sarkisyanla Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə etdiklərini bildirən Donald Tusk: "Dağlıq Qarabağ üzrə status-kvo daimi deyil. Bu münaqişənin müharibə yolu ilə həlli yoxdur. Avropa Birliyi də ATƏT Minsk Qrupu həmsədrlərinin vasitəçilik missiyasını tamamilə dəstəkləyir",-deyib.

Avropa Şurasının sədri istənilən halda status-kvonun uzunmüddətli olmayacağını və münaqişənin tezliklə həllinin hər iki tərəf üçün qarşısıalınmaz zərurət olduğunu vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top