Azərbaycanlı şəhid hərbçilərin təxliyyə edilməsinin VİDEOSU

Təmas xətti boyu baş vermiş hadisə zamanı şəhid olmuş hərbçilərin meyitlərinin axtarışları və toplanması başa çatıb.

Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən bildirilib.

Məlumatda qeyd olunur ki, əməliyyat fevralın 27-də tərəflərin istəyi və öz aralarında olan razılaşma əsasında gerçəkləşib.

Əməliyyat BQXK ilə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in xüsusi nümayəndəsi arasında əlaqəli şəkildə həyata keçirilib.

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.

Onların nəşi döyüş meydanında qalmışdı.

Ermənistan tərəfi Azərbaycan şəhidlərinin meyitlərinin neytral zonadan çıxarılmasının görüntülərini yayıb.

Kadrlarda meyitlərin götürülməsi üçün neytral zonaya göndərilən hərbi təcili tibbi yardım avtomobilləri görüntülənib.

baku.ws

video

DİGƏR XƏBƏRLƏR

Top