Bir barel neftin qiymətinin 60 dollar olması həm istehlakçıları, həmdə istehsalçıları qane edir. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin Qaz İxracatçıları Ölkələri Forumu ilə qarşılıqlı fəaliyyət üzrə xüsusi nümayəndəsi, “Qazprom” şirkətinin Direktorlar Şurasının sədri Viktor Zubkov deyib. Onun sözlərinə görə, hesablamalar göstərir ki, OPEK ölkələri neft hasilatının azaldılması üzrə sazişi qorusalar və onu pozmasalar, neftin qiyməti 60 dollarədək yüksələ bilər: “Bu hamını qane etməlidir, çünki bu, mövcud şəraitlərdə normal qiymətdir. Buna görə də sazişin müddəti uzadılmaya da bilər, sadəcə ölkələr bu rejim üzrə avtomatik qaydada işləyəcəklər”.