"Ermənistanla Abxaziya dəmiryolunun bərpası barədə müzakirələr aparılmayıb"

Gürcüstan Baş nazirinin birinci müavini, Energetika naziri Kaxa Kaladze Gürcüstanın Abxaziya dəmiryolunun bərpası barədə Ermənistanla danışıqlar apardığı barədə müxalifətin ittihamlarını rədd edib. "Yeniavaz.com"un apsny.ge saytına istinadən verdiyi məlumata görə, Kaladze ümumiyyətlə Ermənistan Baş nazirinin Gürcüstana səfəri zamanı Abxaziya ilə bağlı hər hansı məsələnin müzakirə mövzusu olmadığını bildirib: "Muxalifət adəti üzrə çox danışır və kifayət qədər yalan iddialarla çıxış edir. Əslində Abxaziya dəmiryolunun bərpası ilə bağlı Ermənistanla hər hansı danışıqlar aparılmayıb. Hökumətdə də bu məsələ müzakirə edilməyib".

Xatırladaq ki, Baş nazir Karapetyanın Gürcüstana səfəri zamanı Cənubi Osetiyadan Ermənistana əlavə alternativ yol çəkilməsi barədə tərəflər arasında fikir mübadiləsi edilib. Buna paralel olaraq Ermənistanın bəzi rəsmiləri, o cümlədən Gürcüstan muxalifəti səfər çərçivəsində Ermənistanı Qara dənizlə birləşidrəcək Abxaziya dəmiryolunun bərpasının da tərəflərin diqqət mərkəzində olduğunu iddia ediblər.

DİGƏR XƏBƏRLƏR

Top