Rusiyadan Ermənistana yeni "MiQ-35"lər

Rusiya Ermənsitandakı Erebuni hava limanında dislokasiya olunmuş bazasını çoxhədəfli "MiQ-35"-lərlə təchiz etmək niyyətindədir. "Yeniavaz.com"un Panarmenian.net-ə istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında avibazanın komandiri Aleksandt Petrov deyib. Onun sözlərinə görə, bazaya yeni "MiQ-35"-lər, o cümlədən "Su-30" təyyarələri gətiriləcək: "Bu yaxınlarda bizi müasir super "MiQ-35"-lə tanış etdilər. Yüksək döyüş qabiliyyətinə malik olan "MiQ-35"-lə avibazamızı təchiz etmək niyyətindəyik. Yeni vertolyotlarla yanaşı bazamızdakı "Mi-24" və "Mi-8"-lər də hərbi tapşırıqları yerinə yetirəcəklər."

Hərbi mütəxəssislər "MiQ-35"-lərin 7 ton hərbi yük daşımağa və istənilən hava şəratində döyüş tapşırıqlarını yerinə yetirmək və düşmənə ağır zərbələr endirmək imkanına malik olduğunu vurğulayırlar.

DİGƏR XƏBƏRLƏR

Top