"Şantaj üçün onlarda nə qədər desən material var" - Sahib Məmmədov

"Azərbaycanda bəzi QHT-lər ermənipərəst mövqe ona görə tutur ki, erməni QHT-ləri ilə birgə və ya onlarla koalisiyada layihələr həyata keçirir və onların bu layihələrdə iştirakı erməni tərəfinin iradəsindən asılıdır". "Yeniavaz"ın xəbərinə görə, bu barədə Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov məlumat verib.

"Yəni "özünü yaxşı aparmasan" layihə ala bilməzsən",-deyə qeyd edən ekspertin sözlərinə görə, bu layihələr dövlətimizin maraqları əleyhinədir: "Ən pisi isə odur ki, Ermənilər Avropada yaratdığı təşkilatlar vasitəsi ilə bizim VC nümayəndələrini (həmçinin jurnalist və vəkilləri) əvvəl təsir agentinə çevirir, daha sonra isə "verbovka" (əks kəşfiyyatçıya) edirlər. Onlar belə halda dairədən çıxa bilmirlər. Əks halda şantaj üçün onlarda nə qədər desən material var. Ən pisi odur ki, indi belə qırmağa keçənlər vicdanlı adamlara şər atır, onları hökumətə satılmaqda ittiham edirlər və s. Ondan da pisi odur ki, belələrinin bəzilərinə icazə verilib ki, bizim bəzi strukturlarla gizli əməkdaşlıq etsinlər və beləliklə müdafiə "çətiri" altına düşsünlər. Onlar antiazərbaycan fəaliyyətlərinə bu yolla haqq qazandırırlar ki, bəs biz belə etməsək, bizə oralarda inanmayacaqlar".

S. Məmmədov deyib ki, belələri hazırda Qarabağda bizə qarşı vuruşanlardan min dəflərlə təhlükəlidir: "Daxili cəbhədən vurulan zərbə daha sarsıdıcı olur".

DİGƏR XƏBƏRLƏR

Top