Noyerdən 100-lük rekord

“Bavariya”nın qapıçısı Manuel Noyer Almaniya çempionatının 22-ci turunun “Hamburq” la matçında (8:0) klub rekordunu müəyyənləşdirib. “Yeniavaz.com” “sports.ru”ya istinadən verdiyi məlumata görə, oyun Almaniya yığmasının 30 yaşlı qapıçısı üçün “Bavariya”nı tərkibində 100-cü qol buraxmadığı matç olub. Bunun üçün ona 183 oyun keçirmək lazım olub. Çempionatda “Bavariya”nın heyətində qolsuz 100 oyun üzrə göstərici Oliver Kan və Zepp Mayerdə olub, lakin hər ikisi klubda M. Noyerə nisbətən daha çox oyun keçirib.

DİGƏR XƏBƏRLƏR

Top