Ağır atletika yığmamız Xocalı soyqırımı qurbanlarını yad etdi

Ağır atletika yığmamız Xocalı soyqırımı qurbanlarını yad edib.

Azərbaycan Ağır Atletika Federasiyasından "Yeniavaz.com" saytına daxil olan məlumata görə, bu gün Azərbaycan ağır atletika yığması, məşqçilər və rəhbər heyət Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

Azərbaycan tarixinin ən qanlı səhifələrindən olan 1992-ci il 26 fevral günündə baş verənlər hər birimizin böyük üzüntü mənbəyidir. Günahsız insanlara qarşı edilən bu vəhşiliklər heç vaxt unudulmayacaq.

Komandamız abidə önünə Azərbaycan Ağır Atletika Federasiyası adından əklil qoyub. Kollektiv üzvlərimizin əllərindəki qərənfillər də şəhid və faciə qurbanlarımızın xatirələrinə ehtiram əlaməti olub.

AAAF, atletlərimiz, bütün nümayəndələrimiz hər bir azərbaycanlı, hər bir vətəndaş kimi baş verənlərə üzülür, xalqımıza dərin hüznlə başsağlığı verir, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir!

DİGƏR XƏBƏRLƏR

Top