Biləsuvarda 9 yaşlı qız çaya düşərək boğulub

Biləsuvar rayonunda azyaşlı qız çaya düşərək boğulub. Hadisə rayonun mərkəzindən keçən Balharı çayında baş verib. Yerli sakinlərin sözlərinə görə, fevralın 25-də günorta saatlarında 9 yaşlı qız uşağı həmin çaya düşüb. Hadisə yerinə xilasedicilər cəlb olunub. Çayın suyu lilli olduğundan qızı tapmaq hələ ki, mümkün olmayıb. Axtarışlar davam edir.Report

DİGƏR XƏBƏRLƏR

Top