
London polisi amerikalı müğənni Madonna və rejissor Qay Riçinin oğlu Rokkonu narkotik vasitələr saxladığına görə tutub. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, insident sentyabrın sonunda baş versə də onun barədə məlumat indi daxil olub. 16 yaşlı Rokkonun qonşuları polis çağıraraq bildiriblər ki, Madonnanın oğlu özünü şübhəli aparır. Polis onun üzərindən marixuana aşkar edib. Tezliklə Rokko buraxılsa da, bu hadisə yerli polis şöbəsinin arxivində qalacaq.
Tətbiqimizi yükləyə bilərsiniz