Urmiya-Qəbələ aviareysi açıla bilər

Azərbaycan və İran turizm sahəsində mövcud əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətindədir. Belə ki, bu məqsədlə Urmiya-Qəbələ marşrutu ilə yeni aviareysin açılması nəzərdə tutulub. Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, bu marşrut üzrə uçuşlara tezliklə başlanılması planlaşdırılır. Qeyd edək ki, hazırda İranla Azərbaycan araslnda Bakı-Tehran- Bakı və Bakı-Təbriz-Bakı istiqamətində aviareyslər yerinə yetirilir.

DİGƏR XƏBƏRLƏR

Top