
Liviya və Venesuela üzvlük haqlarını ödəmədiklərinə görə BMT Baş Assambleyasında səsvermə hüququndan məhrum ediliblər. “Yeniavaz.com”un “Zvezda” telekanalına istinadən verdiyi məlumata görə, bunu BMT-nin baş katibinin nümayəndəsi Stefan Dyujarrik deyib. Venesuelanın borcu 24 milyon dollar təşkil edir. Ölkə son üç il ərzində BMT-də iki dəfə səsvermə hüququndan məhrum edilib. Liviyanın borcu isə ən azı 6,5 milyon dollara çatır. S. Dyujarrik qeyd edib ki, əgər üzv dövlətlər ödəniş edə bilmirlərsə, bununla əlaqədar BMT Xartiyasının müddəaları var. Liviya və Venesueladan başqa, borca görə səsvermə hüququndan Papua- Yeni Qvineya, Sudan, Kabo-Verde, Vanatau kimi dövlətlər məhrum ediliblər. Onlar 12 mindən 265 min dollaradək borc ödəməlidirıər. Səsvermə hüququnu yalnız borcu ödəməklə qaytarmaq mümkündür.
Tətbiqimizi yükləyə bilərsiniz