Güləş üzrə milli yığma komandaya yeni kapitan təyin olunub

Cəbrayıl Həsənov sərbəst güləş üzrə böyüklərdən ibarət milli yığma komandaya kapitan təyin olunub. Bu barədə "Yeniavaz.com" saytına yığmanın baş məqçisi Firdovsi Umudov açıqlama verib. Məşqçi, Çəbrayıl Həsənovun ciddi nizam-intizamı ilə seçildiyi üçün komandaya kapitan təyin olunduğunu bildirdi.

Cəbrayıl Həsənov 24 fevral 1990-cı ildə Astara rayonunun Suparıbağ kəndində dünyaya gəlib. 1997-ci ildə həmin kəndin orta məktəbində 1-ci sinfə qəbul olunub. Uşaq yaşlarından idmanın sərbəst güləş növünə maraq göstərib. 2003-cü ildən 2008-ci ilə qədər yeniyetmələr və gənclər arasında Avropa və Dünya birinciliklərinin mükafatçısı və qalibi olub. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyasına daxil olub. 2010-ci ildə həmin akademiyanı sərbəst güləş ixtisası üzrə bitirib. 2009-ci ildə Litvanın Vilnüs şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb. 2010-cu ildə Bakıda keçirilən Avropa çempionatının qızıl mükafatçısı olub. 2010-cu ildə Rusiyanın Moskva şəhərində keçirilən dünya çempionatında bürünc medala layiq görülüb. 2011–ci ildə Almaniyanın Dortmund şəhərində Avropa çempionatında ikiqat Avropa çempionu adını qazanıb. Həmin ilin sentyabr ayında Türkiyənin İstanbul şəhərində Dünya çempionatının bürünc mükafatçısı olub. London - 2012 Yay Olimpiadasına lisenziya əldə edib.
2015 -ci ildə I Avropa Oyunlarında 74 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Həsənov bürünc medal uğrunda görüşdə Bolqarıstan təmsilçisi Kiril Terziyevi məğlub edib. I Avropa Oyunlarının medalçılar sırasına daxil olub. Azərbaycan Respublikası Prezdidentinin Sərancamları ilə 2015-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. 2016-cü il Yay Olimpiya oyunlarında sərbəst güləşi üzrə 74 kq çəki dərəcəsində bürünc medal qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top