Beynəlxalq Bankın problemli kreditlərinin həcmi açıqlanıb

Manatın ikinci dəfə devalvasiyaya uğraması və iqtisadi geriləmə Azərbaycanın bank sektorunu daha da zəiflətdi. Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

Agentlik Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə 2016-cı ildə 10 bankın lisenziyasının ləğv olunduğunu xatırladıb.

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) sağlamlaşdırılmasına toxunan "Fitch" bildirir ki, 2016-cı ildə bu proses başa çatdırılmayıb. Agentliyin məlumatına əsasən, ABB-nin kredit portfelində qeyri-işlək (problemli) kreditlərin payı 21% təşkil edir. "Fitch" istisna etmir ki, bu rəqəm də kiçildilib. Bununla yanaşı, məlumatda deyilir ki, dövlət ABB-yə dəstək verməkdə davam edəcək.

Agentliyin mütəxəssisləri hesab edir ki, bank sektorunun dəstəyə ehtiyacı var. APA

DİGƏR XƏBƏRLƏR

Top