ABŞ bu qırıcıları ilk dəfə Avropaya göndərəcək

ABŞ-ın Hərbi-Hava Qüvvələri (HHQ) beşinci nəsil “F-35A” qırıcı-bombardmançılarını ilk dəfə olaraq Avropaya bu ilin yazı və ya yayında dislokasiya edəcək. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ HHQ-nin hərbi komandanlığının rəhbəri, general Herbert Karlayl deyib. Onun sözlərinə görə, HQQ bu hərbi maşınları perspektivdə Asiya-Sakit okean regionuna və Yaxın Şərqə göndərməyə hazırlaşır: “Şübhəsiz ki, Avropa bu təyyarələri göndərmək istədiyimiz yerdir”.

Xatırladaq ki, ABŞ-ın F-35 proqramında ümumilikdə 12 ölkə iştirak edir. Bunlar ABŞ-la yanaşı, İngiltərə, Kanada, Avstraliya, Cənubi Koreya, İtaliya, Danimarka, Hollandiya, Yaponiya, Norveç, İsrail və Türkiyədir. Beşinci nəsil qırıcı təyyarə kimi təqdim edilən F-35-in bir sıra üstünlükləri var – azgörünmə qabiliyyəti, inkişaf etmiş avionikalar, yüksək göstəricili mühərrik, şəbəkə mərkəzli savaş təchizatı.

DİGƏR XƏBƏRLƏR

Top