Ermənistan və Avropa Birliyi Azad Ticarət Zonası barədə anlaşma imzalaya bilərlər

Avrasiya iqtisadi komissiyasının sədri Tiqran Sarkisyan deyib ki, yaxın vaxtlarda Avropa Birliyi ilə Ermənistan arasında Azad Ticarət Zonası haqqında anlaşma imzalana bilər. "Yeniavaz.com"un "Vestnik Kavkaza" saytına istinadən verdiyi məlumata görə, Sarkisyan bildirib ki, hazırda imzalanacaq sənəd üzərində işlər başa çatmaq üzrədir: "Belə hesab edirəm ki, Avropa Birliyi (AB) ilə Avrasiya İqtisadi İttifaqını üz-üzə qoymaq lazım deyil. Biz həm Avropa Birliyi, həm də Avrasiya İqtisadi Birliyi ilə əlaqələrimizi inkişaf etdirməliyik".

Xatırladaq ki, Ermənistanın Avrasiya İqtisadi Birliyİnə üzv olması nəticəsində AB Azad Ticarət Zonasının yaradılması ilə bağlı Yerevanla aparılan danışıqları dayandırmağa məcbur olmuşdu. Amma hazırda Avarasiya İttifaqından istədiyini ala bilməyən Ermənistan AB ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün çoxsaylı cəhdlərə baş vurur.

DİGƏR XƏBƏRLƏR

Top