TSQ: Əl-Bab İŞİD-dən tamamilə təmizləndi

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Əl-Bab bölgəsinin bütü məhəllələrində nəzarəti tam ələ keçirib. “Yeniavaz.com”un “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə TSQ-nın açıqlamasında deyilir. Açıqlamada bildirilir: “BMT nizamnaməsinin 51-ci maddəsinə istinadən qanuni müdafiə haqqımızdan istifadə edərək İŞİD başda olmaqla terror təşkilatlarının yaratdığı təhdidləri aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədilə 24 avqust 2016-cı il tarixində koalisiya qüvvələri ilə koordinasiya şəklində başladılan “Fərat qalxanı hərəkatı”nda 24 fevral 2017-ci il tarixi etibarı ilə Suriyanın Əl-Bab bölgəsi nəzarət altına alınıb”. Qeyd edilir ki, hazırda nəzarət altına alınan bölgələrdə yerləşdirilmiş mina və əldəqayırma partlayıcıların təmizlənməsi fəaliyyəti aparılı: “Fərat qalxanı” əməliyyatı çərçivəsində ümumilikdə 230 yaşayış məntəqəsində və 1925 kvadratkilometr sahədə nəzarət ələ keçirilib. Azaz bölgəsi ilə birlikdə hazırda 2225 kvadratkilometr ərazi Azad Suriya Ordusunun nəzarətindədir”.

DİGƏR XƏBƏRLƏR

Top