Gürcüstan-NATO əməkdaşlığı müzakirə ediləcək

Mart ayının 2-də general Pyotr Pavelin rəhbərliyi altında NATO Hərbi Komitəsi nümayəndə heyəti Gürcüstana səfər edəcək. "Yeniavaz.com"un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, NATO Hərbi Komitəsinin nümayəndə heyəti prezident Georgi Marqvelaşvili, Baş nazir Georgi Kvirikaşvili, Müdafiə naziri Levan İzoriya və Baş qərargah rəisi Vladimir Çaçibaya ilə görüşəcək. Görüşdə Gürcüstanın NATO-ya üzvlüyü və bununla bağlı hərbi qüvvələrində müvafiq islahatların keçirilməsi, ikitərəfli əlaqlərin inkişaf etdirilməsi və digər məsələlərin müzakirə ediləcəyi gözlənilir. Qeyd edək ki, NATO Hərbi Komitəsi ən önəmli hərbi orqanlardan biri hesab edilir. Belə ki, NATO-nun nüvə planlaşdırılması, quruma yeni üzv dövlətlərin qəbulu zamanı hərbi komitənin rəyi hökmən nəzərə alınır. Bu baxımdan hərbi ekspertlər NATO Hərbi Komitəsinin Tbilisiyə səfərini həm də gələcəkdə Gürcüstanın bu quruma üzvlüyünə baxış kimi dəyərləndirirlər. Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı atılacaq ilk addımın isə bu ilin may ayında adı çəkilən ölkənin NATO Parlament Assambleyasına üzv qəbul edilməsi olacaq.

DİGƏR XƏBƏRLƏR

Top