Zəhərlənmnə statistikası: dəm qazı - 500, dərman - 800, intihar - 300

Dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya 500 müraciət daxil olub. Respublika Toksikologiya Mərkəzinin hesabatında qeyd olunur ki, ötən il dərmandan zəhərlənmə diaqnozu ilə müarciət edənlərin sayı 800-ü ötüb. RTM-dən verilən məlumatda deyilir ki, intihar məqsədilə yandırıcı məhlulun qəbulu nəticəsində zəhərlənənlərin sayı 300 olub. Onların əksəriyyəti kəskin ağır, ağır və orta ağır dərəcədə şöbəyə daxil olublar. 90 xəstə ilan sançması, 250 nəfər isə kəskin allergik reaksiya ilə mərkəzə müraciət edib. Xəbərdə deyilir ki, ambulator qaydada 3000-dən çox xəstə müraciət edib. Dəm qazı və zəhərlənmədən fərqli olaraq allergik reaksiyalar diqnozu ilə müraciətlər 2,5-3 dəfə azalıb.Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top